Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunisin xalası: "Elmar Vəliyevin gəncəlilər barədə dediyi sözə dözməyib güllələdi"

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərov hüquqlarının pozulduğunu iddia edir. O bildirib ki, həbsdə olduğu il yarım ərzində ailə üzvlərilə görüşmək, telefonla danışmaq hüquqları məhdudlaşdırılıb. Ona görə də müdafiəsi üçün lazım olan hüquqi addımları ata bilmir.

Bizimyol.info xəbər verir ki, Yunis Səfərov yanvarın 16-da öz məhkəməsində bu barədə danışıb.

O, məhkəməsində videoçəkilişə icazə verilməsini də istəyib: "Bu, xalqı maraqlandıran məhkəmə prosesidir. İnsanlar bilməlidir ki, vətəndaş məmura niyə xəsarət yetirib".

Yunis Səfərov Yunis Səfərov

Onun videoçəkiliş istəyi təmin olunmayıb.

Yunis Səfərovun xalası Mehriban Məmmədova məhkəmədən sonra Bizimyol.info-ya deyib ki, Yunisi o böyüdüb.

Mehriban Məmmədova, Yunis Səfərovun xalası Mehriban Məmmədova, Yunis Səfərovun xalası

Gəncədə müəllim işlədiyini bildirən M.Məmmədovanın sözlərinə görə, Yunis başqalarına ziyan verən biri olmayıb: "Yunis Elmar Vəliyevin insanlara qarşı qəddarlığına görə bunu elədi. İmamzadə ziyarətgahın yanındakı meydandan adamları döydülər, qovdular, onda Elmar Vəliyev belə bir söz dedi ki, "Gəncədə kişi yoxdur". Yunis də bu sözə dözə bilmədi".

2018-ci il iyulun 3-də Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələnib. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov həbs olunub.

Gəncə hadisələrinə görə 80-ə yaxın adam həbs edilib. Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 6 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb. Həbs olunanlardan təxminən on nəfər artıq azadlığa buraxılıb.

Yunis Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə yeni başlayıb. Bu qrupdakı 12 nəfərdən ikisi artıq həyatda yoxdur. Anar Bağırov və Ağa Sərxani tutularkən öldürülüb. Amma onların adı təqsirləndirilən şəxs qismində cinayət işinin materiallarına əlavə olunub.

Son xəbərlər
Bütün xəbərlər »