Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Putin Nazarbayev modelinin analoqunu yaratdı”

Xəbər verdiyimiz kimi dünən axşam Rusiya hökuməti Baş Nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib.

Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

Putinin bu addımı atmasının pərdəarxası barəsində Bizimyol.info-ya politoloq Elşən Manafov danışıb.

Elşən Manafov Elşən Manafov

“Əslində bu addım gözlənilməz deyildi. Güman edirəm ki, Putin Rusiya dövlətçiliyinin gücləndirilməsi və özünün hakimiyyətdə qalma müddətinin, mövqeylərinin gücləndirilməsi baxımından bu addımı atdı.Putin Nazarbayevin Qazaxıstanda tətbiq etdiyi idarəetmə modelini Rusiyaya gətirməsi baxımından bu addım maraqlı oldu. Yəni Putinin əslində təklif etdiyi model Dövlət Şurasına qanunverici və icra hakimiyyətlərinin müəyəyən funksiyalarının verilməsini nəzərdə tutur. Belə olduğu halda, Dövlət Şurasının sədri prezidentdən daha yuxarı bir vəzifədə dayanır.Yəni, bir sıra məsələlər, Nazirlər Kabinetinin və prezidentin qərarları Dövlət Şurasının nəzarətində olacaq, Şura sədri vacib qərarlara münasibət bildirəcək və istərsə bu qərarlara veto qoyacaq.Eyni zamanda Putin Dövlət Dumasının da səlahiyyətlərini də genişləndirir. Bundan sonra Baş nazirin və onun müavinlərinin təsdiqi Dövlət Dumasının üzərinə qoyulur bu da siyasi sistemin təkmilləşdirilməsi baxımından maraq doğuracaq. Dövlət Şurasına Seçkilər proporsional seçki sistemində keçirilir. Bu da siyasi partiyaların ölkənin siyasi həyatında rolu baxımından maraqlı addım olacaq.Bu addım Putinin Rusiyada hakimiyyətinin daha uzunmüddət bərqərar olmasına hesablanıb. Bu onu göstərir ki yaxın gələcəkdə Rusiyada Putini onun səviyyəsində əvəz edəcək ikinci lider yoxdur. O həm Ali Baş Komandan, həm şuranın sədri olacaq. Lakin etiraf edək ki, məhz Putinin iqtidarı dövründə Rusiya qlobal gücə çevrildi. İstər regional, istər qlobal problemlər Rusiya olmadan öz həllini tapmır. Yeltsinin vaxtında bu belə deyildi, Rusiya sadəcə region dövlətlərindən biri idi. Bu yenə qeyd edirəm Nazarbayev modelinin analoqudur”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »