Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki yaşlı uşağa etdiyi iyrəncliyi internetdə paylaşan dayə həbs olundu - Video

2 yaşlı uşağın valideynləri evdə olmadığı vaxt dayə ona elektron siqaret verib. Hadisə Amerikanın Pensilvaniya ştatında yaşanıb.

Bizimyol.info xəbər verir ki, dayə artıq saxlanılıb. Onun cəmi 17 yaşı var. Uşağın valideynlərinin evdə olmamasından istifadə edən dayə 18 yaşlı dostunu da ora çağırıb. Dostuyla elektron siqaret çəkməyə başlayan dayə əlindəki siqareti uşağın da ağzına qoyub. Siqaretin tüstüsündən uşaq öskürməyə başlayıb. Uşaq öskürdükcə onlar da buna baxıb, qəhqəhə çəkib gülürmüş. Üstəlik, onlar bu anları videoya çəkib, sosial şəbəkələrdəki hesablarından da paylaşıblar. Elə hadisənin üstü bundan sonra açılıb.

Bu video sosial mediada yayılan kimi etirazlara səbəb olub. Şikayətləri araşdıran polislər 17 yaşlı dayəni və onun dostunu həbs edib.

“Bu məsələyə ciddi yanaşırıq. Dəhşətli hadisədir. Qətiyyən gülməli durum deyil. 17 yaşlı dayə vəzifəsindən sui-istifadə edib. Günahkarların layiqli cəzalarını alacağını düşünürəm”, - deyə polis əməkdaşı bildirib.

Dayənin anası isə açıqlamasında bunları deyib: “Qızım bir səhv edib. Məncə, hadisə çox şişirdilir. Qızıma hətta ölüm təhdidləri gəlir”.

Dayənin təhsil aldığı müəssisədən də uzaqlaşdırılacağı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »