Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 nəfərin öldüyü qan davası: 22 il axtarışda olan şəxsin gizləndiyi yer polisi şoka saldı - Video

Türkiyənin Diyarbəkir şəhərində 22 il öncə qan davasının davamı olaraq, daha bir cinayət baş vermişdi. Qətl hadisəsində şübhəli bilinən şəxs 1998-ci ildən axtarışda idi.

Bizimyol.info xəbər verir ki, şübhəli həbs olunub. Onun bu müddətdə gizləndiyi yer polislərin özlərini də şoka salıb. Sən demə, şübhəli şəxs ölkədən çıxmayıb. Polislər onu yaşadığı evin qonaq otağında qazılmış, üstü uşaq çarpayısı ilə örtülmüş quyuda yaxalayıb.

Diyarbəkir və Şanlıurfada yaşayan İpək və Yüksəkqaya Ailələri arasında qan davası 1987-ci ildə - Abbas İpəyin ölümü ilə başlayıb. Bu qan davası nəticəsində Abbas İpəkdən sonra daha 12 nəfər öldürülüb.

Şübhəli şəxsin gizləndiyi quyunun dərinliyi iki metr, sahəsi isə 6 kvadrat metr olub.

Son xəbərlər
Bütün xəbərlər »