Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin Baş Nazir postuna namizədi açıqlandı

Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

Vladimir Putin, Mixail Mişustin Vladimir Putin, Mixail Mişustin

“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq.

Qeyd edək ki, bu gün Rusiya hökuməti Baş Nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »