Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev, maşın və evlənmək duası satılır - Foto

Türkiyə telekanallarından birində maraqlı hadisə baş verməkdədir.

Bizimyol.info xəbər verir ki, Sözçü qəzetinin məlumatına görə, telekanal 129 lirəyə qismət dualarının satış reklamı ilə məşğuldur.

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın ölkədə 30 yaşdan yuxarı insanların evlənməməsini tənqid etməsindən sonra bu vəziyyəti fürsət bilən işbazlar xalqın dini inanclarından istifadəyə əl atmaqla qazanc yolu tapıblar. Belə ki, telekanal 129 lirəyə elan etdiyi qismət dualarını müştəri çıxarkən endirimlə 110 lirəyə satmağa başlayıb. 129 lirəlik paketə isə ev, maşın və arvad almaq duaları daxildir.

Varlanmaq duasi

Satışı həyata keçirən şəxslər iddia edirlər ki, içərisində müxtəlif dualar və Quran kitabı olan paketi 21 gün ərzində davamlı istifadə etdikdə qismət açılır. Dualar sağlıqdan tutmuş imtahan verən, ailə içi şiddət yaşayan, qonşusu və ya müdiri ilə yola getməyən hər kəsin dərdinə dərman olaraq göstərilir və satışlar da kifayət qədər sürətlə gedir. Duaların istifadə qaydası isə belədir. Duanı alan şəxs onun birini üzərində daşımalı, birini evə asmalı, brini ayaq dətyyməyən yerdə torpağa basdırmalı (məzarlıq da ola bilər), birini yandırıb külünü dənizə və ya suya tökməlidir.

129 lirəyə çatdırılma və ƏDV də daxil edilib.

İlahiyyatçılar isə vətəndaşları ayıq sayıq olmağa, din istismarçılarına aldanmamağa çağırıb. Mərmərə Universitetinin İlahiyyat Fakultəsinin dekanı, professor Mustafa Saim Yeprem bildirib ki, insanlar təəssüf ki hər fəlakəti ticarətə çevirməyi öyrəniblər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »