Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti: “Bəziləri öz varislərini parlamentə dürtməyə çalışır...”

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının Qaynarinfo-ya müsahibəsini təqdim edirik.

- Ağaxan müəllim, hazırda Azərbaycanda parlament seçkiləri keçirilir. Seçkiyə start verilməmişdən öncə sosial şəbəkədə "xalq istəsə, deputat olaram” deyən sənət adamlarından heç biri növbədənkənar parlament seçkisinə namizədliyini ürəli sürmədi?

- Məncə, parlamentdə bütün sahələrdən olan mütəxəssislər olmalıdır və bu fikir seçki komissiyası tərəfindən tənzimlənməlidir. Lakin əsas məsələ vətənsevərlik, vətənə xidmət və yüksək siyasi bacarıq olmalıdır. Çox təəssüf... Məlum olur ki, hər kəs, yəni keçmiş deputatlardan bəziləri öz varislərini oraya dürtməyə çalışır. Bu pisdir.

- Varis məsələsi cəmiyyəti silkələyib. Deputatların övladlarının namizədliklərinin irəli sürülməsinə qarşı cəmiyyətdə bir narazılıq var. Deputat Xanhüseyn Kazımlı qızının, sabiq baş prokuror İxtiyar Şirinov isə oğlunun namizədliyini ürəli sürüb. Sizcə bunun izahı nədir?

- Məncə, çeçki komissiyası bütün neqativ halları, yəni xalqa qıcıq gətirən halları özü rədd etməyi bacarmalı, proteksiyaya getməməlidir.

- Yəni deputat balalarının namizədliyini qeydə almamalıdırlar?

- Sözsüz. Mən belə anlayıram. Düşüncə tərzi müxtəlif olan insanların debatından həqiqət yaranır. Bunu unutmaq olmaz.

- Xalq artisti Səkinə İsmayılova mətbuata müsahibə verib. Müsahibəsində "deyirlər, millət vəkili ol, dərdimizi sənə bildirək” deyə ona sənət adamlarından təkliflər gəldiyini deyib. Bununla bağlı nə deyə bilərsiniz?

- Milli Məclis problemləri açıqlamaqla bərabər, onları çözməyin yollarını da göstərməyi bacarmalıdır. Dərd söyləməklə iş bitmir.

- Yəni, lazım olan anlarda sənət adamlarının problemlərini qaldıra biləcək aktyorlarımz yoxdur?

- Yox. Məsələni qaldırmağı hamı bacarar. Deyərlər, sənət adamları lap ifadəli deyərlər. Lakin onun həlli yollarını kəşf etmək məsələsi qəlizdir.

Son xəbərlər
Bütün xəbərlər »