Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadə Harri və Meqan Markl krallıq titullarından imtina etdilər - Foto

Deyilən şaiyələr özünü doğrultdu. Şahzadə Harri və xanımı Meqan Markl rəsmi şəkildə bəyan ediblər ki, yaxın günlərdə kraliyyət titullarından imtina edəcək və ən adi ailə kimi yaşayacaqlar.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, cütlük həm İngiltərədə, həm də Şimali Amerikada yaşamağı , maliyyə azadlığı əldə etməyi planlaşdırır. Sassek hersoqlarının bu qərarı kral iləsində, eləcə də dünya mətbuatında təəccüblə qarşılanıb. Bu günə qədər kraliyyət ailəsində bənzər hadisə baş verməyib.

Kral ailəsi, Şahzadə Harri və Meqan Markl Kral ailəsi, Şahzadə Harri və Meqan Markl

Harri və Meqan bu məlumatı ilk olaraq öz İnstagram səhifələrində paylaşıblar. Onlar bildiriblər ki, İngiltərə taxt- tacı qarşısında xidməti borclarına davam edəcək və övladlarını kral ailəsinə hörmət qaydalarında tərbiyə edəcəklər.Kraliça Yelizaveta bildirib kİ. Harri bu barədə öncədən heç kimə xəbərdarlıq etməyib və bu məlumat onu təəccübləndirir. Meqanın ailəsi də bu xəbərə təəsüfləndiyini bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »