Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıblar

Mərdəkan qəsəbəsində zoomarketə basqın edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verrir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub. Naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər.

Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar. Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »