Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.
Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.
O deyib ki, namizədlərin seçimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək:
“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur. Seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) 30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”.
Təklif olunan yerlər:
Korçay Dövlət Təbiət Qoruğu;
Eldar Şamı Dövlət Təbiət Qoruğu;
Göygöl Milli Parkı;
Altıağac Milli Parkı;
Hirkan Milli Parkı;
Qızılağac Milli Parkı;
Şahdağ Milli Parkı;
Samur-Yalama Milli Parkı.
Müsabiqədə iştirakçıların seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak edənlər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqda diplomun surəti) 2020-ci ilin 30 yanvar tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.
Müsabiqədə iştirak edən namizədlər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
sahəvi biliklər
idarəetmə bacarığı
ümumi dünyagörüşü
məntiq
sahə üzrə iş təcrübəsi
natiqlik
kompyuter bilikləri
dil bilikləri
Qeyd: namizədliklər qəbul edilərkən rəhbər vəzifədə 5 il iş stajı olan, 25 yaşı tamam olmuş və təbiət elmləri üzrə elmi dərəcəli şəxslərə üstünlük veriləcək
Əlaqə telefonu: 538 84 89