Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atatürkün anasının büstünə söyüş yazdılar - Foto, Video

Türkiyənin Adana şəhərində lider Mustafa Kamal Atatürkün anasının büstünü təhqir ediblər. Ceyhan qəsəbəsindəki abidənin üzərinə söyüş yazmağa çalışıblar.

Bizimyol.info xəbər verir ki, Zübeydə xanımın büstünün hərflərini qoparıb, yerlərini dəyişdirərək təhqiramiz ifadə formalaşdırmaq istəyiblər. Ceyhan bələdiyyə başqanı Kadir Aydar hadisədən xəbər tutan kimi məsələyə reaksiya verib. O, abidəyə vurulan zərərin aradan qaldıırılacağını bildirib. Yəni hərflər yenidən yazılacaq.

Zübeydə xanım 1857-ci ildə indi Yunanıstanın ərazisinə daxil olan Salonikidə doğulub. Mustafa Kamal 6 övladından ən böyüyü olub. İki dəfə ailə həyatı qurub. Mustafanın atası Alı Rızanın ölümündən sonra Raqıb bəylə evləndiyinə görə böyük oğlu ilə arası dəyib. Buna baxmayaraq, Atatürk həmişə anasının qayğısına qalıb. Zübeydə xanım 1923-cü ildə İzmirdə vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »