Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
511 milyon dolları götürüb qaçan dələduzu ələ keçirmək üçün camaat xəfiyyə tutub

Türkiyənin gəlib-getmiş ən böyük dələduzlarından adlandırılan Mehmet Aydının axtarışları davam etdirilir. Aldatdığı minlərlə insan hətta onu ələ keçirmək üçün xəfiyyə də tutub.

Bizimyol.info xəbər verir ki, Mehmet Aydın “Çiftlik bank” layihəsi ilə 2016-cı ildə gündəmə gəlmişdi. Onda dələduz Şimali Kiprdə açdığı şirkətinə heyvandarlığın inkişafı adı ilə 511 milyon dollar cəlb etməyi bacarmışdı. İnsanlar fırıldaqdan duyuq düşəndə isə Aydın pullarla birlikdə yoxa çıxmışdı.

Bir müddət əvvələ qədər “Çiftlik Bank”ın sahibinin Uruqvayda olduğu bildirilirdi. Sonradan onun hətta intihar etməsi xəbəri yayıldı. Aldadılanların tutduğu xəfiyyə Mehmet Uzuner isə Mehmet Aydının sağ olduğunu, daha çox üç ölkədə - Uruqvayda, Paraqvayda və Braziliyada vaxt keçirdiyini əminliklə deyir. İndi onun Braziliyada olduğu bildirilir. Mehmet Aydını ələ keçəcəyi təqdirdə 14 ilə qədər həbs cəzası gözləyir.

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »