Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dünən kənddə inəklərlə gəzirdim” – “Barselona”nın yeni baş məşçisi

“Barselona”nın Səudiyyə Ərəbistanında keçirilən kiçik Superkubok turnirindəki uğursuzluğu baş məşqçi Ernesto Valverdeyə baha başa gəlib. Klub rəhbərliyi onu istefaya göndərib.

Bizimyol.info xəbər verir ki, ən azı mövsümün sonuna qədər “Barselona”ya Kike Setyen başçılıq edəcək. İspan mütəxəssis yerli mətbuata müsahibəsində təklifin onun üçün böyük sürpriz olduğunu gizlətməyib.

“Dünən kənddə inəklərlə gəzirdim, bu gün isə dünyanın ən yaxşı futbolçularına məşq keçirəm. Mənim üçün ən vacibi budur. Təklif haqda düşünməyim heç beş dəqiqə sürmədi. Mənim geniş xarakteristikam yoxdur. Yeganə uğurum o olub ki, işlədiyim komandalar yaxşı futbol nümayiş etdirib. Bilmirəm, mənə buna görə şans veriblər, ya yox. Hər halda, çox minnətdaram”, - Setyen belə deyib.

İspan mütəxəssisin son iş yeri “Betis” olub. Setyen hətta çimərlik futbolu üzrə Rusiya milli komandasının da baş məşqçisi olmağa imkan tapıb.

Son xəbərlər
Bütün xəbərlər »