Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Atambayevin həbs müddəti artırıldı
Almazbek Atambayev es_01

Məhkəmə Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına qərar verib.

Bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev məlumat verib.

Müdafiə tərəfinin sözlərinə görə, məhkəmə Atambayevin həbs müddətini iki aya, 15 mart 2020-ci ilə qədər artırıb.

Vəkil, həmçinin iş üzrə növbəti məhkəmə iclasının yanvarın 16-da keçiriləcəyini bildirib.

Xatırladaq ki, A. Atambayev ötən ilin avqustun 9-da həbs edilib. O, öz evində “Alfa” xüsusi təyinatlı dəstə komandirinin müavini Usenbek Niyazbekovu öldürməkdə ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, Niyazbekov snayper tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. (Qafqazinfo.az)

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »