Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bəxtiyar Hacıyevi təhdid edən naməlum şəxs saxlanıldı
Bəxtiyar Hacıyev

Siyasi fəal, deputatlığa namizədliyini vermiş Bəxtiyar Hacıyev bir neçə gün öncə sosial şəbəkələrdə təhdidlər alldığını bəyan etmişdi. O bildirmişdi ki, naməlum şəxs və ya şəxslər ona zəng edərək namizədliyini geri götürməsini tələb edir.

Bizimyol.info xəbər verir ki, Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, ictimai fəal Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

İlhamə Rəsulova

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »