Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kino kimi oğurluq: Azərbaycanlı naməlum istiqamətə aparıldı
adam ogurlugu

Rusiyanın Peterburq şəhərinin Petrodvortsovıy rayonunda azərbaycanlı oğurlanıb.

Konkretno.ru xəbər verir ki, hadisə dünən axşam saatlarında Prosveşeniya prospektində baş verib.

Beş nəfər naməlum şəxs azərbaycanlıya hücum edərək, onun üzünü bağlayıb və mikroavtobusa mindiriblər. O, üzü bağlı olduğu üçün hara aparıldığını bilməyib.

Cinayətkarlar azərbaycanlını sahibsiz evə gətirərək, orada döyüb və qarət ediblər. Daha sonra onlar həmin şəxsi buraxıblar və ona xəbərdarlıq ediblər ki, polisə müraciət etməsin.

Ancaq kişi cinayətkarlara qulaq asmayıb və Lomonosov şəhərindəki polis bölməsinə gedib. Cinayətkar dəstə azərbaycanlıların iki mobil telefonunu götürüblər, onun üzərində başqa heç nə tapılmayıb.(oxu.az)

Paylaş »
››› “Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb”
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Kanadada ilanların toy mərasimindən pul qazanırlar - Video
››› Eldar Mahmudovu həbsə aparan araşdırma: Sabiq nazirin adı dünya mediasında
››› 2500 manat maaşla çoban axtarırlar, tapa bilmirlər
Son xəbərlər
Bütün xəbərlər »