Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Müraciət edənlərin 50 faizdən çoxunun deputatlığa namizədliyi qeydə alınıb
Mərkəzi Seçki Komissiyası

Fevralın 9-a təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün müraciət edənlərin 50 %-dən çoxunun deputatlığa namizədliyi qeydiyyata alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytının verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün 2431 nəfər müraciət edib. Onlardan 1279-nun namizədliyi qeydə alınıb.

Səkkiz seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı - 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 4 nəfər, 6 saylı Culfa-Babək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 5 nəfər, 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 4 nəfər, 53 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 18 nəfər, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər, 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb.

Ümumilikdə deputatlığa namizədlərin ən çox qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.(apa)

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »