Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin deputatlarına pul mükafatı verilib
Milli Məclis

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.

Bunu Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Tahir Kərimli Tahir Kərimli

O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.(baku.ws)

Qeyd edək  ki, dekabırın 2-də parlamentdə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub və daha sonra qərar layihəsi səsverməyə çxıarılıb. Layihə səs çoxluğu ilə qəbul edilib. 104 deputatdan 99 nəfəri qərarı dəstəkləyib, bir nəfər bitərəf qalıb, bir nəfər əleyhinə səs verib.

Konstitusiya Məhkəməsi dekabrın 4-də Milli Məclisin buraxılması nilə bağlı müraciəti təstiq edib: “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin".

Paylaş »
››› “Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb”
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Kanadada ilanların toy mərasimindən pul qazanırlar - Video
››› 2500 manat maaşla çoban axtarırlar, tapa bilmirlər
››› Eldar Mahmudovu həbsə aparan araşdırma: Sabiq nazirin adı dünya mediasında
Son xəbərlər
Bütün xəbərlər »