Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ hökumətinin paylaşımı insanları heyrətə gətirdi - Foto

ABŞ-da Ağ Ev-in rəsmi Twitter səhifəsində yer alan paylaşım paytaxt Vaşinqton sakinlərini heyrətə gətirib.

Bizimyol.info xəbər verir ki, gecə saatlarında prezident iqamətgahının sosial şəbəkə hesabında Ağ Ev-in qar dənəcikləri arxasında fotosu paylaşılıb və fotoya "İlin ilk qarı!" şəklində bir izah verilib. Tvit Vaşinqton və ərtaf ərazilərdə yaşayanları heyrətləndirib.

Məsələ ondadır ki, bu paylaşım sosial şəbəkəyə çıxdığı saatlarda Vaşinqtonda havanın temperaturu nə az, nə çox, düz müsbət 21 dərəcə olub. Əsl yaz havası şəraitində ABŞ hakimiyyətinin "ilk qarı" bayram etməsi sakinləri heyətləndirməkə yanaşı, həm də əyləndirib.

Ağ Evin ilk qar barədə paylaşımı Foto: twitter.com/WhiteHouse

Paylaşıma yazılan şərhlərdə Donald Tramp hökuməti tənqid olunub. Sakinlərdən biri öz şərhində "Elə bir mövzu varmı ki, o barədə yalan danışmayasınız?",- deyə soruşub.

Digərləri isə Trampın bir vaxtlar Alabamanın təhlükə altında olması barədə hay-küyünü xatırladıblar. Donald Tramp heç bir əsas olmadan Dorian Qasırğasının Alabama ştatını təhlükə altında saxladığını iddia etmişdi.

Tvit paylaşılan anlarda Vaşinqronda mövsüm üçün qeyri-adi sayılacaq dərəcədə hərarət olub. Sonradan bəlli olub ki, foto yanvarın 7-də, yəni 2020-ci ildə ilk dəfə olaraq Vaşinqtona qar yağarkən çəkilib. Amma son paylaşım zamanı Ağ Ev fotonun tarixini göstərmədiyinə görə çaşqınlıq yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »