Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyaya yaşıl qar yağdı - Foto
Rusiyanıln Çelyabinsk şəhərinin sakinləri hələ belə qar görməmişdi.

Bizimyol.info Rusiya mediasına istinadən xəbər verir ki, şəhərə yaşıl rəngli qar yağıb.

Yaşıl tona çalan və şəhərin giriş hissəsini örtən qar sakinləri qorxuya salıb. Çelyabinsk Ekoloji Maariflənmə İdarəsinin rəisi Vitali Bezrukov bildirib ki, qarın yaşıl rəngə çalmasının səbəbi yaxınlıqda yerləşən qranit- daş karxanasından qalxan tozdur.

“Bu toz insanların sağlamlığına qoqrxulu təsir göstərmyəəcək. Narahat olmağa əsas yoxdur. İnsanların daha da rahatlaması üçün qardan nümunə götürüb analizə verəcəyik”,- deyə idarə rəisi bildirib.

Qeyd edək ki, 2019-cu ilin fevral ayında Kuzbass şəhərinə də qara rəngli qar yağmışdı. Mütəxəssilər onu daş kömür mədənlərindən qalxan tozla əlaqələndirmişdilər.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »