Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaqif Əsədov işdən çıxarılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi

“Mən polis polkovniki olaraq öz funksional vəzifəmi qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə bu gün də yerinə yetirirəm”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O, son günlər haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

“Bu qərəzli xəbərlərin hardan və necə çıxdığını özüm də bilmirəm. Ötən gün səhər saatlarında hava şəraitinin kəskin dəyişməsi, havanın yağışlı yağmurlu keçməsi ilə əlaqədər mətbuata açıqlama vermişəm, sürücülərə tövsiyyələr etmişəm”, - deyə V.Əsədov bildirib.

Qeyd edək ki, iki gündür polis polkovniki V.Əsədovun işdən çıxarılması barədə xəbərlər yayılmışdı. (baku.ws)

Son xəbərlər
Bütün xəbərlər »