Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kral ailəsinin üzvü olmaqdan imtina edənlərə Kanada hökumətindən jest
Şahzadə Harri həyat yoldaşı Meqan Markl ilə

Britaniya şahzadəsi Harri, onun həyat yoldaşı Meqan Markl və onların oğlu Arçi Harrisonun təhlükəsizliyinin qorunması məsələsini Kanada hökuməti öz üzərinə götürmək istəyir. Bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Kanadanın baş naziri Castin Tryudo bahalı mühafizə xərclərinin dövlət büdcəsindən ödənilməsini təklif edib. Bu təklif şahzadə Harri və Meqan Marklın “kral ailəsinin üzvü” statusundan imtina edib, Kanadaya köçüb orada yaşamaq qərarından sonra ortaya çıxıb.

Harri və Meqanın daim mühafizə altında saxlanması britaniyalı vergi ödəyicilərinə illik 1 milyon funt-sterlinqə başa gəlir. Kanadanın isə bu məbləğin təxminən yarısını ödəyəcəyi gözlənilir.

“Daily Mail” iddia edir ki, Harri və Meqan Markl ABŞ-da Donald Tramp prezident postundan gedənə qədər Kanadada qalmaq niyyətindədir. Tramp prezident postundan gedəndən sonra isə onlar Kaliforniya ştatına – Los-Ancelesə köçməyi istəyir. Meqan Marklın anası, həmçinin onların Hollivud ulduzu olan dostlarının bir çoxu Los-Ancelesdə yaşayır.

Britaniyanın kral ailəsi toplaşıb, şahzadə Harri və həyat yoldaşı Meqan Marklın imtina qərarını müzakirə edəcək. Müzakirələrdə onların gələcək vəzifələri, aldıqları maliyyə ilə bağlı məsələlər müzakirə olunacaq.

“Daily Mail” iddia edir ki, şahzadə Uilyam və Uels şahzadəsi Çarlz Harri və Meqan Marklın büdcə hesabına mühafizə xidmətilə təmin olunmasının əleyhinədir.

Yayılan söz-söhbətə görə, şahzadə Harri və Meqan Marklın imtina qərarının baiskarı şahzadə Uilyamdır. O, Harri və həyat yoldaşına təzyiq edirmiş. Amma onlar birgə bəyanatla çıxış edərək, bu barədə yayılan məlumatları təkzib edib.

Yanvarın 8-də şahzadə Harri və Meqan Markl yanvarın 8-də “kral ailəsinin üzvü” titulundan imtina edib. Bəyan ediblər ki, büdcədən maliyyələşmək istəmirlər. Onlar özləri işləyib, müstəqil şəkildə gəlir əldə etmək niyyətindədilər.

Cütlük bundan sonra rəsmi tədbirlərdə kral ailəsini təmsil etməyəcək.

Şahzadə Harri və aktrisa Meqan Markl 2018-ci il mayın 19-da evlənib. 2019-cu ilin mayında onların övladı dünyaya gəlib.

Paylaş »
››› İsveçdə koronavirusa qarşı niyə tədbir görülmür... - Hər yer işləyir, hamı küçədə
››› Türklər koronavirusu izolyasiya etməyi bacardı
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Koronavirusa qalib gələ biləcək dərmanların adları - Avstraliya nəticələri açıqladı
››› Çernobıl yanır, radiasiya ətrafa yayılır - Video
Son xəbərlər
Bütün xəbərlər »