Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL-ın təyyarəsində həyəcanlı anlar - havaya qalxa bilməyib

Sosial şəbəkə yayılan məlumata görə, bu gün səhər saatlarında “Buta Airways”i vasitəsilə Bakıdan Lvova uçan təyyarə havaya qalxa bilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə sosial mediada Əlmaniz Ələkbərli bildirib.

O, qeyd edib ki, təxminən iki saata yaxın sərnişinlər təyyarənin içində həyəcanlı anlar yaşayıblar:

“Dəfələrlə edilən cəhdlər faydasız olub. Təyyarəni havaya qaldırmaq mümkün olmayıb. İçərisində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Qulu İbrahimovun da olduğu təyyarə uçuşa hazır olmadığına görə sərnişinləri yenidən gözləmə zalına dəvət ediblər. Nəzərə alsaq ki, hava gəmisində uçanların çoxu iş adamıdır və onların görüşləri var, qanunla Butanı məhkəməyə verib təzminat almaq olar. Onsuzda nə qədər təzə təyyarələr alınsa da AZAL çox vaxt yarıtmaz fəaliyyəti ilə daha çox seçilir. Düzdür, hamı kimi biz də xoşbəxtlikdən təyyarədəki sakinlərə heç bir xətanın olmamasına sevinirik. Ancaq ikinci tərəfdən baxanda nəyə görə AZAL-ın yarıtmaz fəaliyyəti üzündən iş adamlarının işgüzar səfərləri təxirə salınmalıdır? Əvvəllər bəhanə edirdilər ki, təyyarələr köhnədir. Ağalar, bəs indi nəyi bəhanə edirsiniz?”.

AZAL-ın təyyarəsində həyəcanlı anlar

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları (AZAL) QSC-yə informasiya sorğusu göndərilib.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »