Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yol polisinin sıravi nümayəndələrini Daxili Qoşunların əsgərləri əvəz eləsin”

“Dövlət yol polisində aparılan islahatlar davam etdirilməlidir. Nazir Vilayət Eyvazovun polisdə apardığı islahatlar cəmiyyət tərəfindən də dəstəklənir. Artıq sürücülər də öz məsuliyyətini daha yaxşı dərk etməyə başlayıb”.

Bu barədə Bizimyol.info-ya Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər bildirib. Ekspertin sözlərinə görə, son aylarda nazirə olunan müraciətlərin vətəndaşların xeyrinə, haqq-ədalətlə həll olunması da ondan xəbər verir ki, bu islahatların nəticəsi müsbət olacaq: “DYP ilə bağlı şikayətlər həddindən artıqdır. Bilirsiz ki, bəzi hallarda Yol polisi nümayəndələri lüzum olmadığı halda yolları bağılayarq süni tıxaclar yaradıb. Bu da öz növbəsində Bakının iqtisadiyyatına ziyan vurub. Vətəndaşları da naraht edib.

Eldəniz Cəfər Eldəniz Cəfər

Təbii ki, bu şikayətlər araşdırılır və tədbirlər görülür. Biz bunun şahidiyik. Məncə, Yol polisinin sıravi nümayəndələrini Daxili Qoşunların heyəti də əvəz edə bilər. Bu zaman həmin əsgər 6 ay təlim keçdikdən sonra Yol patrul xidmətini həyata keçirə bilər. Rəhbər vəzifələr isə təbii ki, Akademiya məzunları ola bilər. Əsgərlərin Yol polisi kimi cəlb olunmasının iqtisadi səmərəsi də olar”.

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »