Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Pakistan Ermənistanla əlaqələr qurur: “Səfirlik açıqlama verməlidir”
pakistan

“Pakistan həmişə Azərbaycanın yanında olub, Ermənistanı işğalçı ölkə kimi tanıyıb, bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmayıb. Rəsmi İslamabad ölkəmizlə hərbi -texniki əməkdaşlıqda maraqlı olub, dəfələrlə öz hərbi yardımını təklif edib. Türkiyədən sonra Azərbaycanın ən etibarlı müttəfiqi məhz Pakistandır. Amma indi qardaş Pakistandan narahatlıq doğuran xəbərlər gəlir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Pakistanın Kəşmir bölgəsinin Hindistanın işğalı altında olduğunu qeyd edən ekspertin sözlərinə görə, Dehli ötən ildən başlayaraq bölgədə etnik qarşıdurmalar yaradaraq, Kəşmirin muxtar statusunu ləğv edib:

“Əlbəttə, belə bir addım və qərar qardaş Pakistanın etirazı ilə qaşılandı. Nəticədə iki ölkə arasında lokal hərbi qarşıdurmaların başlanmasına zəmin yarandı.

Pakistanı Kəşmir məsələsində daima dəstəkləmişik. Amma ötən il Pakistan Kəşmir məsələsində Azərbaycandan açıq dəstək istədi. Azərbaycan isə Kəşmir məsələsində neytrallığını qorudu. Görünür, bu, Pakistan tərəfinin incikliyinə səbəb olub. Qənaətimə görə, Hindistanla münasibətlərə və beynəlxalq konyukturadakı vəziyyətə görə Bakı Kəşmir məsələsində neytral mövqedə dayanıb. Kiçik ölkə olaraq bizim qorunmağımız, beynəlxaq səviyyəli münaqişlərədə tərəf tutmağımız əleyhimizə işləyə bilər.

Amma işğal faktoruna görə Ermənistanı bir ölkə kimi tanımayan Pakistana dəstək vermək olar”.

Məhəmməd Əsədullazadə bildirib ki, Pakistanda Ermənistanla diplomatik əlaqələrin qurulması istiqamətində işlərin getdiyi haqda informasiyalar dolaşır:

“Pakistanın öz mövqeyindən geri çəkilməsi üzücü ola bilər. 30 illik davamlı siyasətin üstündən xətt çəkmək Pakistan-Azərbaycan əlaqələrinə mənfi təsir edə bilər. Ermənistanın Pakistan üçün heç bir iqtidadi-siyasi perspektivi yoxdur. Bunu Azərbaycanı cəzalandırmaq üçün edirsə, kökündən yanlış siyasətdir. Pakistanın ölkəmizdə səfirliyi bu barədə açıqlama verməlidir. Bundan əlavə, rəsmi Bakı Pakistanla danışıqlar aparmalıdır, buna imkan vermək olmaz”.(teleqraf.com)

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »