Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp fars dilində paylaşım etdi, İranda "Diktatora ölüm" şüarları kükrəyir - Foto

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə fars dilində paylaşım edərək İranın danışıqlara məcbur olacağını yazıb.

"Milli təhlükəsizlik müşaviri bu gün bildirdi ki, sanksiyalar və etiraz aksiyaları İranı "boğur" və bu vəziyyət onları danışıqlara məcbur edəcək",- deyə Tramp bildirib. O, danışıqlara hazır olduqlarını dilə gətirib, amma şərtlərini də əvvəlcədən açıqlayıb: "Nüvə silahı olmaz və öz etirazçılarınızı öldürməyin".

Trampın fars dilində paylaşımı

Bizimyol.info xəbər verir ki, müşahidəçilərin fikrincə, fars dilində paylaşım Trampın İran xalqı ilə birbaşa danışmaq cəhdidir.

İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı etirazlar İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı etirazlar | Foto: GettyImages

İranda "səhvən" Ukrayna sərnişin təyyarəsi vurulduqdan sonra tələbə etirazları başlayıb və getdikcə böyüməkdədir. İranın silahlı qüvvələri artıq etirazları yatırmağa başlayıblar. Amma prosesi tam nəzarətə götürə bilmirlər. Etirazçılar "Diktatora ölüm!" şüarları səsləndiriblər və bu zaman Ali Dini Lider Ayətullah Əli Xamneini nəzərdə tutublar.

Son xəbərlər
Bütün xəbərlər »