Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum adam bıçaqladı

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizimtyol.info xəbər verir ki, DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş bədən xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Rayon Polis Şöbəsinim əməkdaşlarının məlimata əsasən keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »