Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İran vurulan tәyyarәyə görə ödəyəcəyi kompensasiyanın məbləğini açıqlayıb
Ukrayna təyyarəsi

İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.

Bizimyol.info "Trend"ə istinadən xəbər verir ki, bunu İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri ISNA-ya açıqlamasında deyib.

Q.Cahangirinin sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında olacaq.

Cahangiri deyib ki, Ukraynaya mәxsus tәyyarә qәzaya uğrasaydı, sığorta şirkәtlәri onu ödәmәli olacaqdılar.

Cahangiri bildirib ki, lakin tәyyarә vurulduğuna görә, şәrait fәrqlidir.

Tәşkilat rәsmisi deyib ki, Boeing 737-800 model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә tәxminәn 3 il işlәyib.

Cahangiri әlavә edib ki, nәticәdә tәyyarәyә dәyәn xәsarәtә görә, 70 milyon dollar ödәnilmәsi proqnoz edilir.

"Beynәlxalq sığortalara әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir" -deyә o qeyd edib.

İranlı rәsmi deyib ki, lakin bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.

Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »