Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyanın bəyanatına cavab

Bu il yanvarın 6-da Ermənistanın Baş naziri özünün Facebook səhifəsində (https://www.facebook.com/nikol.pashinyan/posts/2519538305033216) Ermənistanın adambaşına düşən ÜDM-ə görə Gürcüstan və Azərbaycandan öndə olduğunu bildirdi.

Baş nazir karyerası boyunca dəfələrlə əsassız iqtisadi açıqlamalar vermiş, bu açıqlamalar təkcə maliyyə analitikləri tərəfindən deyil, digər rəsmi mənbələrdə dərc olunan araşdırmalarla da təkzib edilmişdir.

Bir müddət sonra Paşinyan Ermənistanın hələ də Azərbaycandan irəlidə olmadığını qeyd edərək postu redaktə etdi.

Ermənistan yalnız Beynəlxalq əlifba sırası ilə Azərbaycanı qabaqlaya bilər. Ancaq iqtisadi göstəricilər əsasında deyil!

Bir ölkənin baş naziri səviyyəsində bir adam necə belə təxribatçı və əsassız bəyanatlar verə bilər?!

BVF-nin 2019-cu ilin oktyabr ayı üçün olan hesabatına əsasən (https://www.imf.org/external/pubs/ft/weo/2019/02/weodata/weorept.aspx?sy=2018&ey=2020&scsm=1&ssd=1&sort=country&ds=. & br = 1 & pr1.x = 93 & pr1.y = 10 & c = 682,911,912,915 & s = NGDPD, PPPGDP, PCPI, LUR, BCA & grp = 0 & a iqtisadi artımın bütün əsas göstəriciləri üzrə Azərbaycan Ermənistan və Gürcüstanı qabaqlayır (əlavədəki müqayisə cədvəlinə baxın).

Adambaşına düşən ÜDM-i milyard dollarla ifadə etsək, müvafiq olaraq Ermənistan 13.444 , Gürcüstan 15.925 və Azərbaycan 47.171 ön sıradadır.

Azərbaycan iqtisadiyyatı islahatlara görə MDB ölkələri arasında birinci, dünya ölkələri sıralamasında isə 20-ci yerdədir. Yuxarıda qeyd olunanlar ölkəmizin iqtisadi cəhətdən müsbət göstəricilərinin bir hissəsini təşkil edir.

Nəzərə alın ki, BVF–nun bugünə olan hesabatı tam deyil, 2019-cu ilin son ayları bu hesabatda nəzərə alınmayıb. Hesabat 20 yanvar 2020-ci ildə yenilənəcəkdir. Tam yenilənmədən sonra hər hansı bir açıqlama vermək düzgün olardı.

Ramil Kərimli Ramil Kərimli

Əgər populizmdən və Ermənistan xalqının öz maraqlarını bu qədər yüksək səviyyədə təmsil etməyi həvalə etdiyi şəxsin öz seçicilərinə utanmadan yalan danışmasından danışırıqsa, mən onun bu davranışının aşağı səviyyədə olduğunu düşünürəm. O facebook-dakı məşhurluğunu təmin edib, lakin layiqsiz və öz sözlərinin arxasında dura bilməyən bir siyasətçi olaraq.

Ölkəmiz həmişə peşəkar natiqləri və digər ölkələrə, xalqlara hörmət edən siyasətçiləri ilə məşhur olmuşdur. Biz bir xalq kimi öz ölkəsinin həyatını daha da yaxşılaşdırmaq ideyası uğrunda birləşmişik. Həm intellektual, həm də fiziki cəhətdən çalışaraq, artıq uzun illərdir ki, əsas iqtisadi göstəricilərə uyğun olaraq, qonşu ölkələr arasında qabaqcıl yerlərdən birini tuturuq.

Səmimi qəlbdən ümid edirəm ki, 9 fevral 2020-ci il tarixində baş tutacaq Milli Məclisə seçkilər nəticəsində xalqımızı onun layiqli numayənədləri təmsil edəcəklər.

Ramil Kərimli, politoloq

Son xəbərlər
Bütün xəbərlər »