Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Liviyada döyüşlərin dayandırılacağı vaxtı açıqlayıb

“Ümid edirəm ki, beş saat sonra Liviyada münaqişə tərəfləri atəşi dayandıracaq”.

Kremldə Almaniyanın Federal Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin belə deyib.

“Mən çox ümid edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çağırış etdiyimiz kimi, bir neçə saat sonra, Liviyada münaqişə tərəfləri atəşi dayandıracaqlar, hərbi əməliyyatlar sona çatacaq”, - deyə Putin vurğulayıb.

Rusiya lideri bu məsələ ilə bağlı əlavə məsləhətləşmələr keçirmək istədiyini də bildirib.

Qeyd edək ki, yanvarın 8-də Rusiya və Türkiyə liderlərinin imzaladığı birgə bəyanatda yanvarın 12-dən Liviyada tərəflər atəşi dayandırmağa çağırılıb.(apa)

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »