Kürdəmir rayon sakini itkin düşüb.
Sor-Sor kənd sakini 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlu səhər evdən çıxıb və geri qayıtmayıb.
Nəticədə ailə üzvləri onu axtarmağa başlayıblar. Axtarışlar zamanı Həsrət Hüseynovun oğlu atasının gödəkcəsini kəndin içərisindən keçən kanalın kənarında tapıb.
O, dərhal hüquq mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə zəng vuraraq hadisə ilə bağlı xəbər verib.
Aparılan axtarışlar zamanı Həsrət Hüseynovun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(report)