Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona”nın əfsanəvi futbolçusu klubun baş məşqçisi ola bilər

Hazırda Qətərin “Əl-Sədd” klubuna rəhbərlik edən Xavi “Barselona”nın baş məşqçisi ola bilər.

Katalonlar 1998-2015-ci illərdə klubda oyunçu kimi çıxış etmiş Xaviyə 2,5 illik müqavilə təklif ediblər. Xavi razılaşsa, dərhal “Kamp Nou”da işə başlaya bilər.

Lakin Xavi “Barselona”ya mövsüm bitəndən sonra gəlməyə üstünlük verə bilər. AS məlumat verir ki, belə olan təqdirdə onunla 2 illik müqavilə imzalanacaq.

Hazırkı baş məşqçi Ernesto Valverdenin taleyi artıq məlumdur. Yeni mövsümdə o, klubda olmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »