Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda doğulmuş milyarder İzabel Rusiya vətəndaşlığı hüququna sahib olub

Anqolanın keçmiş prezidenti Jose Eduardo dos Santosun böyük qızı və Afrikanın ən varlı qadını İzabel dos Santos Rusiya vətəndaşlığını alıb.

“Azadlıq Radiosu” xəbər verir ki, Rusiya vətəndaşlığı 2.3 milyard dollar sərvəti olan afrikalı iş qadınına Anqolada törətdiyi korrupsiya cinayətlərinin cinayət təqibindən yayınmaq üçün verilib.

Lakin Rusiya Xarici İşlər Nazirliyi KİV-lərdə yayılan məlumatı təkzib edib. XİN Izabel dos Santosun Rusiya Federasiyasının vətəndaşlığına ehtiyac duymadığını, onun doğuşdan vətəndaşlıq hüququna sahib olduğunu xatırladıb.

“Nəzərdə tutulan şəxs Rusiya vətəndaşlığını almayıb, çünki o, əvvəldən vətəndaşlıq hüququna sahib olub”, - Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Nəşr bildirir ki, İzabel dos Santos 1973-cü ildə Bakıda anadan olub. Penza şəhərindən olan anası Tatyana Kukanova, Anqola lideri Jose Eduardo dos Santosun ilk həyat yoldaşı olub və hazırda Londonda yaşayır. İzabel özü Afrikanın ən zəngin 10 adamı arasında 8-ci yeri tutur və qitədə ilk qadın milyarderdir. Anqolada o, korrupsiya cinayətlərində günahlandırılır, ancaq ona qarşı irəli sürülən siyasi təqibi rədd edir.

Məlumatda qeyd olunur ki, 2017-ci ildə Anqolanın indikiprezidenti, İzabelin atasını əvəz edərək, onu “Sonanqol ”dövlət neft şirkətinin rəhbəri vəzifəsindən uzaqlaşdırıb. Bir il sonra qardaşı korrupsiya ittihamı ilə həbs olunub. Dos Santos ailəsinin üzvləri bütün korrupsiya iddialarını rədd etsələr də, 2019-cu ilin dekabr ayında onların bütün əmlaklarına məhkəmə qərarı ilə həbs qoyulub. Eyni zamanda Rusiya vətəndaşlığı, İzabelin hazırda olduğu Birləşmiş Ərəb Əmirliklərindən Anqolaya təhvil verilməməsinə kömək edə bilər.

Anqolanın baş prokuroru İzabel dos Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir. Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »