Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki avtomobil toqquşub, ölən və yaralanan var

Oğuzda yük maşını ilə minik avtomobili toqquşub.

Hadisə bu gün günorta saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib. “Ford” markalı xırdatutumlu yük maşını ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza zanamı iki nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qəzada yaralanan Oğuz rayonunun Qumlax kənd sakini, "VAZ 2106" markalı avtomobilin sürücü, 1953-cü il təvəllüdlü Yusif Abdulqədir oğlu Ramazanov, ölən isə onun həmkəndlisi, 1929-cu il təvəllüdlü Əhməd Asim oğlu Rəhimovdur. 91 yaşlı Əhməd Rəhimov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən orda ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »