Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Subaylıq vergisi gəlirmi?" - Türkiyədə evlənməyənlərə vergi barədə xəbər yayılıb

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “evlənməyib evdə qalırlar” deyərək tənqid etdiyi gənclərə sanksiya tətbiq olunacağı barədə xəbərlər sosial medianı bürüyüb.

Həmçinin "Sözçü" qəzetinin yazarı Murat Muratoğlu "Subaylıq vergisi gəlirmi?" deyə Ərdoğanın çıxışını tənqid etdikdən sonra bu mövzu sosial mediada sürətlə yayılmağa başlayıb. Həmçinin bir çox viral saytlar da "Evlənməyən, uşağı olmayanlar vergi ödəməli olacaq" tipli xəbərlər yaymağa başlayıblar. Hətta bəzi ciddi xəbər mənbələri də mövzuya toxunublar.

Amma sonradan məlum olub ki, xəbər rəsmi mənbələrdən təsdiqini tapmayıb. Rəsmi təsdiqləmə olmasa da belə, sosial mediada mövzu üzərində təzyiqlər hələ də davam edib. Xəbərlərin intensiv xarakter aldığını görən rəsmi mənbələr belə bir planın mövzudluğunu təkzib ediblər.

Xatırladaq ki, Prezident Ərdoğan gənclərin gec ailə qurmasından gileylənib və cəmiyyət üçün bunu ciddi problem olaraq təqdim edib.

Xəbər rəsmən təkzib olunsa da, sosial şəbəkə izləyiciləri hələ də mövzunu müzakirə edir və hesab edirlər ki, AKP-nin həqiqətən də bu yöndə hansısa planları olub, amma ictimai təzyiqləri görüncə geri çəkilməli olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »