Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakinlər pulla gizli su xətti çəkildiyini, “Azərsu” qeyri-qanuni olmadığını deyir

Suraxanı sakinləri iddia edir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları pulla gizli su xətləri çəkiblər.

Bu barədə rayonun Əmircan qəsəbə sakinlərinin Oxu.Az-a ünvanlandığı şikayətdə qeyd edilib.

Sakinlər bildirib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, bina 16A, dördüncü blokda sakinlərə verilən sudan əlavə, gizli çəkilmiş su xətti var:

“Dəfələrlə Suraxanı Su-kanal İdarəsinə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülməyib. İdarənin Afiq adlı işçisi deyir ki, bu xəttin çəkilməsindən idarənin rəisinin də xəbəri var. Pulunu alıb, suyunu çəkmişik. Gizli su xəttidir, nədir, özümüz bilərik”.

Məsələ barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə sorğumuza cavab olaraq bildirdi ki, ASC-nin əməkdaşları həmin əraziyə baxış keçiriblər:

“Orada heç bir qeyri-qanuni xətt yoxdur. Həmin xətt su sayğacından keçməklə su təchizatı həyata keçirilir”.

Son xəbərlər
Bütün xəbərlər »