Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd Ərsoy: "2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər"

Baş redaktorunun namizədliyi qeydə alınıb.

Bizimyol info xəbər verir ki, DİA.az saytının Baş redaktoru Məhəmməd Ərsoyun namizədliyi qeydə alınıb. Bununla bağlı Bizimyol info-ya açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, Prezident İlham Əliyevin çağırışı ilə vətənini, millətini sevən bir gənc olaraq yenidən namizəd olmaq qərarını verib:

"2005-ci ildə Mingəçevirdən 47 saylı dairədən deputatlığa namizəd olmuşdum. Böyük fərqlə hazırki deputat Aydın Mirzəzadəyə qalib gəlsəm də, qələbəm rəsmən tanınmadı. İndi isə yenidən seçkilərə qatılmaq qərarını verdim.

Nə 2010-cu ildə, nə də 2015-ci ildə namizəd olmadım. Çünki artıq seçki sisteminə inamım qalmamışdı.

Amma indi inanıram və Prezidentimin çağırışına söykənərək bu seçkilərdə yenidən 47 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.

Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər".

Son xəbərlər
Bütün xəbərlər »