Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təyyarənin vurulması dövlətin vətəndaşına münasibətidir"

"Son 15 ildə çoxsaylı xarici səfərlərim olur, ildə ən szı 15-20 dəfə təyyarədən istifadə edirəm. Xaricdə Azərbaycanı yaxşı tanımırlar, tanıyanlar da yaxşı yöndən tanımırlar.

Coğrafi olaraq məmləkətin harada yerləşdiyini izah etmək üçün, "Şimalda Rusiya, Cənubda İranla sərhədik", dedikdə həmsöhbətin sənə yağızı gələrcəsinə, çox sağalmaz xəstəliyə tutulmuş insana baxarcasına münasibət göstərir - doğrudan da həm də coğrafi olaraq insana qiymət verməyən iki dövlətlə qonşuyuq deyə bizdə də insan həyatına, vətəndaşa qiymət verilmir".

Bunu politoloq Natiq Cəfərli bildirib.

Natiq Cəfərov Natiq Cəfərov

N.Cəfərli qeyd edib ki, Rusiya Malaziya təyyarəsini, İran Ukrayna uçağını gözünü qırpmadan vurur - insan həyatını heçə sayır, çünki öz vətəndaşlarını adam yerinə qoymurlar, hər iki dövlət üçün mifiq "imperiya" maraqları vətəndaş həyatından daha üstündür: "Hər iki rejim anlamır ki, böyük və güclü dövlət olmağın yolu güclü və rifah halı yüksək vətəndaşların çox olmasından keçir. Vətəndaşı zəif olan dövlət heç vaxt güclü ola bilməz, öz vətəndaşını saymayan dövlət digər ölkə vətəndaşlarına da hörmət qoymaz.

İki belə dövlətin arasında qalmış Azərbaycanın onlardan gələ biləcək təhlükələri önləmək üçün tək yolu var - güclü və varlı vətəndaşların yaşadığı ölkə qurmaq. Güclü və varlı vətəndaş ancaq azad və ədalətli cəmiyyətdə formalaşa bilər - başqa yol sadəcə yoxdur".

Son xəbərlər
Bütün xəbərlər »