Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Omanda yeni sultan seçilib

Omanın yeni sultanı keçmiş hökmdarın siyasətini davam etdirəcəyinə söz verib.

Bizimyol.info RİA "Novosti"yə istinadən xəbər verir ki, Oman mətbuatının verdiyi məlumata görə, ölkənin yeni sultanının adı açıqlanıb. O, Heysam bin Tariq Al Saiddir. Yeni sultan sələfi, Omanı yarım əsr boyu idarə edən mərhum  Qabusun sülhsevər siyasətini davam etdirəcəyinə söz verib.

Qeyd olunur ki, Oman sultanı cümə axşamı 79 yaşında vəfat edib və şənbə günü səhər dəfn edilib. Sultan Qaboos 2015-ci ildən bəri xərçəngdən əziyyət çəkdiyi, onun ölkədə və xaricdə müalicə edildiyi bildirilir.

İqtidar ailəsi Şurası mərhum sultanın 66 yaşlı əmisi oğlunu Heysamı sultanlığın varisi seçib.

Nəşrin yazdığına görə, yeni sultan and içərkən "sultanlığın inkişafı və tərəqqisində Sultan Qabus bin Səidin nəcib yolu ilə irəliləmək" siyasətinin davam etdiriləcəyini bildirib.

Sultan Heysam 2002-ci ildən  Omanın İrs və Mədəniyyət naziri vəzifəsini icra etdib. Daha əvvəl 1986-cı ildən etibarən Oman Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr, o cümlədən baş katib vəzifəsini tutub.

Bundan əlavə, Omanın 2040-cı ilə qədər iqtisadi inkişaf proqramına rəhbərlik edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »