Meksikanın Torreon şəhərində məktəbdə silahlı insident baş verib.
8 yaşlı məktəbli özü ilə gətirdiyi silahla sinif yoldaşları və müəllimlərinə atəş açıb.
Yerli polisin verdiyi ilkin məlumata görə, biri müəllim olmaqla 3 nəfər ölüb və 4 nəfər yaralanıb. Ölən və xəsarət alanların sayının artması ehtimal edilir.
Hadisəni törədən məktəbli intihar edib. (Apa.az)