Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FİFA prezidenti Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü seçilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, komitənin Lozannada keçirilən 135-ci sessiyasında reallaşıb.

İnfantino ilə yanaşı, Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Haqqerti və Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita da Beynəlxalq Olimpiya Komitəsinə üzv seçiliblər.

Beləliklə, komitə üzvlərinin ümumi sayı 101 nəfərə çatıb.

"Üç yeni həmkarımızı komitəyə seçilmələri münasibətilə təbrik edirik. Bundan sonra komitə bu təcrübəli insanların dəyərli məsləhətlərinə bel bağlaya bilər", - İOC sədri Tomas Bax bildirib.

FIFA prezidenti Canni İnfantinonun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinə daxil olması ötən ay tövsiyə edilib.

Son xəbərlər
Bütün xəbərlər »