Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Deportivo”nun sabiq futbolçusu polis tərəfindən öldürülüb

İspaniyanın “Deportivo” klubunun sabiq futbolçusu Dieqo Bello Lafuente öldürülüb.

İspaniyalı Filippində gerçəkləşən əməliyyat zamanı polis tərəfindən qətlə yetirilib.

Futbolçu karyerasını başa vurduqdan sonra D.Lafuente sörf idmanı ilə məşğul olurdu. Narkotik alverçilərinə qarşı gerçəkləşən əməliyyatda sabiq futbolçu gülləyə tuş gəlib.

Qətldəki günahını ört-basdır etməyə çalışan polis veteran futbolçunun narkotiklərlə bağlılığını ortaya atıb. Bildirilir ki, polisə atəş açılıb və atışma zamanı ispaniyalı öldürülüb.

D.Lafuentenin yaxınları isə bunu təkzib edirlər. Onların iddiasına əsasən polis əməkdaşları ispaniyalıdan pul istəyiblər. Dünyasını dəyişən D.Lafuentenin yaxınlarından biri uzun illər tanıdığı dostunun heç vaxt narkotik və silahla bağlı bir şeylə rastlaşmadığını bildirib. Futbolçunun yaxınları polisi əsaslandırılmayan ittihamlara görə qınayıblar.

Qeyd edək ki, D.Lafuente 2001-03-cü illərdə La-Korunyanın “Deportivo” klubunda oynayıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »