Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın bəyanatı bir az gülüncdür, kimi aldadırlar?" - Video

Bizimyol.info-nun müsahibi keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru Saleh Məmmədovdur.

- Dünya gündəmini zəbt etmiş ABŞ- İran gərginliyi yenidən belə bir rəy yaradır ki, ABŞ dünyada hara ayaq qoyursa orda qan tökülür.Lakin sizinlə söhbətlərimizdən biri zamanı demişdiniz ki, ABŞ –la dost olan ölkələr günəşdən enerji alrımış kimi ondan enerji alır, düşmənləri isə pərvanələr kimi yanıb kül olurlar.

Saleh Məmmədov Saleh Məmmədov

- Mənim düşüncələrim yalnız tarixi faktlara əsaslanır. Fakt hər şeyi deyir. İkinci dünya müharibəsindən sonra olanlara baxsaq görərik ki, ABŞ dünyaya elm, inkişaf və demokratiya gətirib. II Dünya Müharibəsindən çıxan Avropa dağınıq vəziyyətdə idi. Müharibə qurtardıqdan sonra Marşall planı ortaya qoyuldu. Bu planla İngiltərə Qərbi Almaniya, Fransayaya böyük kömək göstərildi. Türkiyənin inkişafında da Marşall planının böyük rolu olub. İnkişaf etmiş ölkə səviyyəsinə qalxmasa da, digər müsəlman ölkələrindən xeyli irəli çıxa bildi. BVF nin təsnifatına görə dünyada idarəciliyinə təsir göstərən 37-38 inkişaf etmiş ölkə məhz bu plandan yararlanıb.Yaponiya Asiyanın bir çox inkişaf etmiş ölkələri, Oman Küveyt, Qatar, BƏƏ iqtisadi inkişafa ABŞ-ın dəstəyi ilə nail olublar

- Bəs onların neftinin rolu?

- Neft vardı, lakin onu qaldırmaq, istehsal etmək üçün texnologiya elm, lazım idi.Küveyt Amerikanın investisiya və dəstəyi ilə qalxdı, İraq onlara hücum edəndə ABŞ dəstəklədi, azad etdi,ərəb əmirlikləri tamamilə ABŞ-ın dəstəyi ilə yüksəldi. BƏƏ tamamilə ABŞ investisiyası ilə qalxdı, ÜDM-də neft gəlirləri 40 faiz təşkil edir. Qalanı elmi texnoloji inkişafın məhsuludur. İsrail tamamilə ABŞ-a bağlıdır. Sinqapur, Cənubi Koreya, Honkonq, Tayvan, Malayziya, Çin. Bu ölkələr hamsı ABŞ-ın planı ilə irəli çəkiliblər. Çində Li Xuan keçmiş sovet sistemindən qurtulub irəliləmək üçün Sinqapurun inkişaf planını götürdü. Çində bu gün sadəcə kommunist partiyasının adı qalıb. Özü yoxdur. Amma məncə iqtisadi keçid kimi siyasi keçid də olacaq. Kommunizmdə şəxsi mülkiyyət olmur Çində şəxsi mülkiyyət yüksək səviyyədədir. Çin dünyanın 100 əsas böyük şirkətlərinin investisiyalarının öz ölkəsinə gəlməsinə nail oldu və bu Amerikanın xeyir -duası ilə baş verdi. ABŞ getdiyi hər yerə bu gücü aparır , çəkildiyi hər yerdən də bu gücü çəkib aparır.

- Bu qədər maliyyə ayırmaqda ABŞ-ın marağı nədir?

- ABŞ maraqlı bir sistemlə inkişaf edir. Birinci öz maraqları ilə hərəkət edir. İkincisi özünü inkişaf etdirmək üçün özünə rəqib yaradır, o rəqibə dəstək verir və onun fonunda özü də yüksəlir. Bu ABŞ vətəndaşlarını inkişaf etdirmək üçündür. Özünə həm dost , həm də rəqib yaradır. Lakin köməkdən istifadə edib sonra ondan uzaqlaşan dövlətləri belə desək “ cəzalandırır, döyür”. Bu gün Türkiyədə böyük kapital defisitinin yaranması ameriaklı investorların çəkilməsi ilə əlaqəlidir. Ağılla yanaşanlar inkişaf edirlər. Bu gün yükəsk inkişafa nail olub ABŞ-dan uzaq olan hansısa ölkə tanımıram. İran kimi yanlış yanaşanlar da var və belə olan təqdirdə ABŞ iqtisadi sanksiyalarla çökdürür, qarşısında baş əyməyə məcbur edir. 90-cı illərdə ABŞ Rusiyaya da kömək göstərdi, lakin sonra Rusiyanın əks qütbə çəkilməsi nəticəsində balans dəyişdi. Çin də əks qütb kimi görünür, lakin 40 ildir dayanmadan inkişaf edir. Çünki harda ki, onun iqtisadi maraqarı mövzu olur o məsələdə Çin geri çəkilir.

- İran böyük orduya malik olduğunu və Trampı cəzalandırdığını bəyan etdi...

- İranın bu bəyanatı bir az gülüncdür. Elm texnologiyanın bu dövründə ABŞ-ın bu hücumlardan xəbəri olmadımı? Bütün yüksək texnologiyalı silahlanmaların proqram təminatı amerikan məhsuludur. İstəsə 10 min kilometr uzaqda oturub İranın öz sialhı ilə özünü vura bilər. Kimi aldadırlar?

- Bəs Azərbaycanın prizmasından baxanda biz ABŞ-ın vəd etdiyi böyük töhfələrdən yararlana bilmişikmi?

- Mənim hökumət üzvü olduğum zamanda istifadə edirdik. Biz amerikan potensialından Yaponiya, Qərbi Almaniya, İsrail kimi istifadə etəsyidk çoxdan inkişaf etmiş ölkə səviyyəsinə qalxardıq. Bizə ən böyük maddi dəstəyi ilk quruculuq illərində ABŞ verib. Bu gün də ABŞ o yardımı göstərməkdə davam edir. İctimaiyyət bunu çox bilmir. Bu gün bizdə ən defisit şey kreditlərdir ki sənaye inkişaf etsin. Pul qoyub inkişaf etdirməyin mümkün olduğu çoxlu sayda sahələrimiz var. Qitisadi azalma yüksələn xətlə artmaqdadır. ABŞ-ın hazırda əlində çox böyük vəsait var. Bunu cəlb etmək lazımdır. Lakin onların da müəyyən şərtləri var. ABŞ-ın ən birinci istəyi demokratik idarəetmədir. Bunu görərsə istədiyi sahələrə investisiya qoymağa maraqlı olacaq.

- Saleh müəllim arzu edirəm ki, Amerikanın tüstüsünə kor olanlardan deyil istisinə isinənlərdən olaq. Sağ olun.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »