Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Psixiatr Nərminin qatili barədə: “Özləri təcavüz qurbanları olmuş insanlardır”
Nərmin Quliyeva

Bir neçə gündür 10 yaşlı Nərminin faciəsi ilə sarsılıb cəmiyyətimiz. Dünən ard-arda qaçırılıb başı qırxılan, evinə göndərilən 15 yaşlı qız, atası və qardaşının cinsi zorakılığına məruz qalan 13 yaşlı bir başqa qız, təcavüz edilib çayda ölümə tərk edilən 9 yaşlı oğlan barədə xəbərlər yayıldı. Bu qorxunc xəbərlər bu kimi probelmelərin nədən qaynaqlanması barədə suallar doğurmaya bilməz.

Bizimyol.info-nun müsahibi klinik psixoloq Təhmasib Cavadzadə suallarımızı cavablandırır.

Təhmasib Cavadzadə Təhmasib Cavadzadə

- Təhmasib bəy, pedofiliyanın yaranma səbəbi nədir?

- Pedofiliya öz özünə yaranmır. Bu adətən həmin insanların öz uşaqlıq dövründə yaşadıqları travmalardan yaranır.Fiziki yox məhz cinsi zorakılıqdan yaranır. Bu hər zaman təcavüz olmaya bilər. Uşağa qarşı ehtiraslandılrmalar olur, ondan sui- istifadə edirlər və bu həmin uşağın ilk seksual təcrübəsi olur. Bu anlamda onda gələcəkdə məhz uşaqlara qarşı cinsi həvəs yaranır.

- Yəni bu bir intiqam hiss deyil?

- Xeyr. Pedofilliyin intiqam hissi ilə əlaqəsi yoxdur. Seksual təcrübəsini bu yöndə öyrəndiyinə görə bu şəkildə meyl yaranır. Cinsi oyanış dövründə yaranmış təcrübə bu yöndə istiqamətləndirir. Məsələn. homoseksuallarla pedofillər arasında 180 dərəcə fərq var. Bir -biri ilə tamamilə əlaqəsizdir. Pedofillər çox zaman özlərini belə qələmə verirlər ki, mən anadangəlmə beləyəm, başıma heç bir təcavüz halı gəlməyib.Əslində belə deyil. Homoseksuallarda bu anadangəlmə oriyentasiya, pedofillərdə sonradan alınmış travma əsasında yaranır. Bir var manyak pedofil, bir də var müalyim pedofil. Hər ikisi cinayət sayılır. Pedofillik xəstəlik sayılır, psixi pozuntu hesab olunur. Pedofiliya anormal cinsi davranış pozuntularından biridir. İngiliscə buna parafiliya deyilir. Bura sadomazaxizm, fetişlik, sadistlik də daxildir. Bu xəstəliklərdən biri də pedofiliyadır. Manyak dərəcəsində olanların başqa psixi pozuntuları da olur. Onlar ya təcavüz edib qorxudub buraxırlar, yada öldürürlər, cinsi təcavüzdən sonra başqa cür əziyyət də verirlər. Mülayim pedofillər isə uşaqları tovlamaqla yaxınlaşırlar. Həmişə bütöv cinsi akt baş verməyə də bilər. Sürtünmə, toxunma, öpmə, sığallama və. s. Lakin elə bu da cinsi təcavüz hesab olunur. Pedofillər özlərinə əsasən uşaq müəssisələrində iş axtarırlar , qurbanlarını belə yerlərdən seçirlər. Qurban uşaq gələcəkdə pedofilə çevrilir. 80 faiz pedofildə təcavüz yoxdur, tovladaraq uşaqları özlərinə çəkirlər. Əsasən cinsi akt da olmur. Sadəcə özlərini hətta sığallamaqla belə qane edirlər.

- Pedofillik sağalırmı?

- Yox. Çox ağır müalicələrdən keçmək lazımdır, lakin əsasən nəticəsiz qalır. Ona görə məsələn, Amerikada pedofillərin yaşadığı ərazidə yaşayan insanlara onun barəsində xəbərdarlıq edirlər ki, valideynlər ehtiyatlı olsunlar. Bizim cəmiyyətdə bir -birimizin uşaqlarını əzizləmək, tumarlamaq var və valideynlər buna şirin bir hal kimi baxırlar. Lakin bu düzgün hal deyil. Uşaq buna icazə verildiyini görürsə pedofilliyə icazə verə bilər. Ona görə diqqət yetirilməli, cinsi tərbiyə verilməlidir. Uşağa mütləq öyrədilməlidir ki ona heç kim toxuna bilməz.

- Qadınlar da pedofil ola bilərmi?

- Bəli olurlar. Səbəb də çox vaxt eyni olur. Lakin başqa səbəblər də ola bilər. Məsələn, bu barədə xəbərləri eşidir və o öz fantaziyasında pedofil əlaqə qurur. Əgər fantaziyası oan xoş gəlirsə bunu reallaşdırmağa çalışacaq.

- Cinsi akt zamanı tərəflərdən biri nə zaman pedofil sayılır?

- Qurban cinsi yetkinlik yaşına çatmamış olmalıdır və təcavüz edən tərəf ondan 5 yaş böyük olarsa bu pedofil cinayti hesab olunur

- Tutaq ki təcavüz edənin özünün 15 yaşı var və qurbanı 10 yaşındadır. Bu zaman necə?

- Bu hallarda diqqətli olmaq lazımdır.15 yaşlı yeniyetmə özü cinsi təcrübə dövründədir. Sadəcə bu yaşda uşaqların belə halların cinayət olduğunu başa salmaq lazımdır. Həbsxanalarda mən belə uşaqlarla rastlaşmışam, pedofil kimi damğa yeyib cəza çəkirlər. 8-10. Həm qurbanı travma alır, həm o özü. Əslində belə deyil. Valideynlər çox diqqətli olmalıdırlar. Məslən 15 və 10 yaşlı bacı qardaşı və ya eyni cinsdən olan uşaqları evdə tək qoyub getmək olmaz. Onlar bunu sadəcə maraq xətrinə, test üçün də edə bilərlər. Çünki hormonları onları cinsi istəyə yönləndirib və bu onalr üçün gizli bir aləmdir. Bilmək lazımdır ki, pedofil qurbanlarını dəyişir. Məsələn o cinsi əlaqəyə girdiyi qurbanı artıq 14 yaşı keçirsə onu dəyişib bir başqasını tapır. Qurbanların cins fərqi yoxdur. Pedofillərdə çox vaxt fiziki zorakılqı təcavüz formada olmur. Sadəcə tovlayır və uşağı qorxudur ki heç kimə deməsin.

- Azərbaycanda intim dünya, barədə danışmaq, ümumiyyətlə seks sözünü işlətmək ayıb sayılır. Lakin həyat bunsuz mümkün deyil. Gənclərin cinsi həyat yaşaması üçün yalnız evlənmələri tələb olunur. Belə olan halda cinsi istəklərini qane etmək istəyən biriləri yəqin ki, xətalı yollara təcavüzə əl atmalı olurlar. Bu anlamda nə etmək olar ki, gənc oğlan kiməsə zərər verməsin və ya yeniyetmə qurbana çevrilməsin?

- Mən bu barədə danışanda valideynlər üsyan edirlər. Amma məktəblərdə cinsi tərbiyə tədris edilməlidir. Valideynlər uşaqları ilə bu barədə danışmalıdırlar. Uşaq sual verərkən onu başdan etmək olmaz, ən sadə və başa düşəcəyi bir dillə izah edilməli, yeniyetməyə təcavüzün cinayət olduğu, cəzasız qalmaması barədə danışılmalı, mastrubasiya barədə məlumat verilməlidir. Seksual maariflənmə mütləqdir.Valideyn anlamalıdır ki, seksual maariflənməsi olmasa onun öz uşağı qurbana çevrilə bilər.Bunu uşaqlara danışmaqdan utanmaq lazım deyil. Bunu soruşduğuna görə uşağı utandıraq cəzalandırmaq olmaz.

- Pedofillər, seksual manyakların xarici əlaməti olurmu?

- Xeyr, çox vaxt cəmiyyətdə çox hörmət olunan normal davranışlı insanlar olurlar. Valideynin vəzifəsi uşaqlarını qorumaqdır , hətta öz qohumlarından və ailə üzvlərindən belə.

- Dünən Azərbaycanda insest hadisəsi barədə oxudum.13 yaşlı qıza atasının və qardaşının cinsi zorakılığına məruz qalıb.

- Bu normal insan deyil. Mütləq psixi pozuntuları, şəxsiyyət pozuntuları vardır. Belə insanlar ümumiyyətlə qohumuna, doğmasına qarşı hər hansı hərəkətdə anormal olurlar.Normal, düzgün tərbiyəsi olan insanlar buna yol vermirlər.

İlhamə Rəsulova

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »