Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşlı qadının pensiyası cəmi 3 qəpik artdı, iki gündür ağlayır...

Rusiyanın Kurqan şəhərində 75 yaşlı qadının pensiyasını cəmi 1,1 rubl (təxminən 3 qəpik) artırıblar. Nəvəsi buna ciddi etiraz edib.

Bizimyol.info xəbər verir ki, yanvarın 1-dən Rusiyada pensiya məbləği artırılıb. Kurqan şəhər sakini olan təqaüdçü qadın da ciddi artım gözləyirmiş. Amma kart hesabına baxanda cəmi 1,1 rubl əlavə məbləğ görüb. Nənəsinin ağladığını görən nəvə məsələni ictimailəşdirib.

“İkinci gündür ağlayır. 15 yaşından işləyib. Belə münasibətə layiq deyil”,- nəvə belə deyir.

İndi Rusiyada orta pensiya məbləği 16,5 min rubla (təxminən 269 dollar) çatıb. Qonşu dövlətin hökuməti artımın 32 milyon insanı əhatə etdiyini bildirir.

Son xəbərlər
Bütün xəbərlər »