Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalılardan İranın yerini soruşdular: Sorğunun nəticələri heyrətə gətirdi - Video

“The Independent” Nyu-York küçələrində eksperiment xarakterli sorğu keçirib. Respondentlərdən xəritədə İranın yerini göstərmək xahiş olunub.

Bizimyol.info xəbər verir ki, fikri soruşulanların yalnız 1-i dəqiq cavab verə bilib. O da amerikalı olmadığını, Fransadan gəldiyini söyləyib. Qalanları İranın əvəzinə Misiri, Əfqanıstanı, Türkmənistanı, Serbiyanı göstərib.

Dünən “Morning Consult”in açıqladığı göstəricilər də amerikalıların İranla bağlı böyük təsəvvürlərinin olmadığını ortaya qoymuşdu. Şirkətin araşdırması ABŞ vətəndaşlarının yalnız 28 faizinin Asiya dövlətinin coğrafi mövqeyi haqda məlumatı olmasından xəbər verir. Əksəriyyət əsasən münasibətlərdən xəbərdardır. Məsələn, fikri soruşulanların 69 faizi deyib ki, general Qasım Süleymaninin öldürülməsinə görə İranla ABŞ arasında istənilən vaxt müharibə başlaya bilər.

Son xəbərlər
Bütün xəbərlər »