Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmamış dövlətdə çevriliş cəhdi

Abxaziyada etirazçılar Prezident Admnistrasiyasına hücum ediblər.

Bizimyol.info “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, iğtişaşçılar binanaın giriş qapısını və pəncərələri qırıblar. Mühafizəçilər hələlik onların qarşısını almağı bacarıblar. Etirazçılar hesab edirlər ki, sentyabr ayında keçirilən prezident seçkiləri zamanı indiki prezident Raul Hacimba yetərli sayda səs toplamayıb və yenidən seçkilər keçirilməlidir. Prezident Admnistrasiyasının qarşıında etiraz aksiyası keçirənlərin sayının 1000 nəfərə yaxın olduğu qeyd edilir.

Prezident Admnistrasiyası Suxumidə baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib, ölkədə sabitliyin qorunması üçün qanuni şəkildə addımlar atılacağı bildirilib. Ölkənin Müdafiə Naziri Mirab Kişamari qeyd edib ki, silahlı qüvvələr baş verənlərə qarışmırlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »