Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstarliyada yerli sakinlər yanğına görə baş naziri qovdular - Video

Avstarliyanın cənubunda həftələrdir davam edən dəhşətli yanğınlar səbəbi ilə zərərçəkənlər ölkənin baş nazirinə çox sərt reaksiya göstəriblər.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, ölkənin yeni Cənub Galler vilayətində yerləşən Cobargo qəsəbəsinin sakinləri əraziyə səfərə gəlmiş baş nazir Skot Morrisonun əlini sıxmağı rədd edib və ona söyüblər.

Qəsəbə sakinləri həftələrdir davam edən yağnğınlara yetərli qədər maliyyə ayırmayan baş naziri məsuliyyətsilikdə ittiham ediblər.Qəsəbə sakini olan bir xanım baş nazirə “ əgər Sidney və ya Şimalda yaşamış olsaydıq yardım və maliyyə dəstəyində boğulardıq, amma həftələrdir zülüm çəkirik, sadəcə 4 yük maşını göndərmisiniz. Yardım gəlməyənə qədər əlinizi sıxmayacağıq” deyib və səsini yüksəldib. Yerli sakinlərin daha sərt reaksiyasını almaqdan çəkinən baş nazir ərazini çox tez tərk etməli olub.

Qeyd edək ki, Cobargo qəsəbəsində yanğınlar nəticəsində 12 nəfər həlak olub. Ölənlərdən üçü könüllü yanğınsöndürənlərdəndir. Cənub Galler vilayətində 5 milyon hektar ərazi yanıb, mindən çox ev yanaraq külə dönüb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »