Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
REAL: “Qazandığımız yerləri YAP-dan qoparacağıq, bunun üçün mücadilə verəcəyik”

“REAL satılıb", "İlqar Məmmədova mandat söz veriblər" - aylardır bu tip yalanlarla, qarayaxmalarla meydan sulayan "tikantikənlər", içiboş "bəyciklər", "xoşbəxtçiklər" baş-beynimizi aparırdılar. Hakimiyyət İlqar Məmmədovu və REAL-ın daha iki önəmli şəxsini - Rəsul Cəfərovu və Zaur Qurbanlını seçkilərə buraxmadı”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının həmtəsisçisi, politoloq Natiq Cəfərli paylaşıb. O qeyd edib ki, ABŞ-İran bir-birlərinə "pas" verməkdə davam edəcəklər, dövlətlərarası birbaşa müharibə olmayacaq, bizim üçün əsas məsələ 9 Fevral seçkiləridir. Bölgəmiz qaynayır, legitim parlament indi məmləkətə hava-su kimi lazımdır.

Natiq Cəfərli Natiq Cəfərli

"Müqqəddəs Sistemdən" dəfələrlə danışıb mandat alanlar, əqidəsini dəfələrlə satanlar aylardır öz tarixi davranış qaydalarına və xislətlərinə əsaslanaraq elə bilirdilər ki, hamı onlar kimidir. Biz soyuqda, bayram günlərində qapı-qapı gəzərək insanları seçkiyə səslədik, onminlərlə vətəndaşla görüşdük, REAL Cümhuriyyətçilər İttifaqı üzvləri olaraq minlərlə imza topladıq, seçkiyə qatılan digər partiyalar və müstəqil şəxslər də eyni işi gördü - ümumi siyasi akyivliyin artması üçün işlədik, amma Avropada oturan "müxaliflərdən" tutun da, Bakıda isti evindən başını çölə çıxartmayanların hədəfinə gəldik.

Biz əzmliyik, qazandığımız yerləri YAP-dan qoparacağıq, bunun üçün mücadilə verəcəyik, amma yenə də o marginallaşmış kəsimin tənələri, təhqirləri ilə üzləşəcəyik - olsun, zatən tarix və xalq hər hadisəyə doğru qiymət verir-verəcək”,- deyə o qeyd edib.

Partiyanın sədri İlqar Məmmədov isə Avropa Parlamentinin 9 fevral seçkilərinə müşahidəçi göndərməmək qərarını bəyəndiyini qeyd edib.

“Əsas müşahidə qrupu ATƏT/DTİHB və AŞPA`dan olacaq. Onların rəyi ən önəmlidir, çünki biz ATƏT və Avropa Şurasının üzvüyük. Avropa İttifaqının isə üzvü deyilik. Avropa İttifaqının Parlamenti bu qərarını bəyan etməklə hakim rejimə imkan vermədi ki, insanları növbəti dəfə çaşdırsın: əvvəlki seçkilərdə ayrı-ayrı AP üzvləri gəlib burda yersiz bəyanatlar verirdilər, telekanallar isə onların rəyini AP`nin rəyi kimi təqdim edirdi.

Odur ki, qərar çox yerində və vaxtında verilib, mövcud siyasi şəraitə uyğun olaraq beynəlxalq seçki müşahidəçiliyi işinin keyfiyyətini artıracaq”,- deyə siyasətçi qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »