Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder Fərhad Əhmədov 6-cı dəfə ata oldu – Fotolar

Əslən Azərbaycandan olan rusiyalı milyarder, keçmiş rusiyalı senator Fərhad Əhmədov yenidən ata olub.

Bizimyol.info xəbər verir ki, bu barədə milyaderin özü sosial şəbəkədə məlumat verib.

F.Əhmədov feysbuk hesabında “Oğlum Adəm dünyaya gəldi” başlığı altında şəkilləri paylaşıb.

Qeyd edək ki, 64 yaşlı iş adamının 2020-ci ilə olan şəxsi kapitalı 1 milyard 400 milyon dollardır. Onun indiyədək olan evliliklərindən 3 oğlu, 2 qızı var. F.Əhmədov həmçinin 2 nəvə sahibidir.

Xatırladaq ki, London məhkəməsi 2017-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya 585 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »